XƏBƏRLƏR / Münaqişə

Rusiya yenə SOCAR-ın Ukraynadakı terminalını vurdu FOTO

Bu barədə Ukrayna mediası və "Telegram" kanalları məlumat yayıb

Rusiya yenə SOCAR-ın Ukraynadakı terminalını vurdu FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci il avqustun 18-nə keçən gecə SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” PUA-sı tərəfindən kütləvi zərbə endirilib.

    Bu, bir sıra birbaşa zərbələr idi, bundan sonra yanğın baş verib. Bütün çənlər (cəmi 17 cən) zədələnib, nasos stansiyasının binası, operator və tərəzi otaqları, texniki otaqlar zədələnmiş, hasar dağıdılmışdır. Bu neft bazasının anbar həcmi 16 min kubmetrdən çoxdur.

    Dəymiş ziyanın məbləği müəyyənləşdirilir (ekspertizaya başlanılıb), təcili bərpa işləri aparılır.

    Qeyd edək ki, artıq ikinci kütləvi hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında 10-a yaxın PUA endirilib və bu, qismən dağıntılara səbəb olub. Faktla bağlı cinayət işi açılıb.