Separatçıılar Xankəndidə yürüş təşkil edib FOTO
Ermənistan Brüssel görüşü ərəfəsi görüntü yaradır
Xankəndinin mərkəzində separatçılar mitinq təşkil ediblər. Tələbləri dəqiq məlum olmayan toplantı iştirakçıları Laçın yolunun nəzarətsiz istismarını istəyirlər. Mitinqdə çıxışlar ingilis və rus dillərində də təşkil edilib.
Özünü "qozminnistr" kimi qələmə verən Qurgen Nersisyan Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinə yürüş keçirməyi təklif edib. Bundan sonra yürüş Qarabağda müvəqqəti yeerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahının yerləşdiyi Xocalıya qədər davam edəcək.
Aksiyalardan sonra yürüş iştirakçıları mərkəzi meydana qayıdacaqlar.
Belə marşrutu separatçılar hər gün təkrar etməyi təklif edir.
Bəzi erməni kanalları internetdə aksiyadan canlı yayım təşkil etsədə, bir az sonra yayım kəsilib.