XƏBƏRLƏR / Münaqişə

İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlandı

Bu barədə “The Jerusalem Post” yazıb

İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan Tişa-Beavda İsrailə hücum etməyi planlaşdırır.

    Bu barədə “The Jerusalem Post” yazıb.

    Nəşr yazıb ki, “Sky News Arabia”nın Qərb kəşfiyyatındakı mənbələrinin İranın avqustun 12-si və 13-nə təsadüf edən Tişa-Beav günündə İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlarının olduğunu bildiriblər. İranın hücumu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq gerçəkləşdiriləcək.

    Həmçinin qeyd olunub ki, İranın hücumu, ehtimal ki, İranın dəstəklədiyi və Livanda yerləşdirilmiş “Hizbullah” ilə əlaqələndiriləcək.

    Bundan əlavə, vurğulanıb ki, müqəddəs matəm günündə İsrailə hücum israillilərin emosional və psixoloji vəziyyətinə təsir göstərə bilər.

    Qeyd edək ki, Tişa-Beav yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Bu, Birinci və İkinci Qüds məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.