Makron mitinq və yürüşləri qadağan etdi
Bu barədə Fransa Prezidenti özü elan edib
Fransa Prezidenti Emanuel Makron etirazları qadağan edib.
"Mümkün olan hər yerdə onları qadağan edəcəyik. Amma həmkarlar ittifaqlarının bu cür tələblər irəli sürdüyü hallarda, onlar prefektlər tərəfindən nəzərdən keçiriləcək, lakin şəhər mərkəzlərimizi, müəssisələrimizi və ictimai binalarımızı qorumaq üçün alternativ tədbirlər təklif olunacaq", - deyə Fransa Prezidenti bildirib.
Xatırladaq ki, bu gün üç günlük səfərdən sonra Fransaya qayıtdıqdan sonra Prezident Makron Yelisey Sarayında hüquq-mühafizə və kəşfiyyat orqanları ilə görüş keçirib.
1 dəqiqədən az