XƏBƏRLƏR / Münaqişə

"Həmas" lideri Yəhya Sinvar başından vurulub

CNN xəbər verir

"Həmas" lideri Yəhya Sinvar başından vurulub
Yəhya Sinvar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın CNN telekanalı İsrail əsgərləri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın cəsədinin yarılmasına əsasən, qruplaşma liderinin başından güllə ilə vurularaq öldürüldüyünü iddia edib.

    Bu barədə oktyabrın 18-də İsrail Məhkəmə Tibb Mərkəzinin baş patoloqu Hen Kugel məlumat verib.

    “Ölümün səbəbi başından güllə yarası olub. Sinvarın başında güllə var və ağır kəllə-beyin travması alıb”, - CNN Kugelin sözlərindən sitat gətirib.

    Bundan başqa, məhkəmə-tibb eksperti əlavə edib ki, Sinvarın bədənində tank və ya raket mərmisinin partlaması səbəbilə onun üzərinə düşən beton divarlar və tavanlar nəticəsində digər ağır xəsarətlər aşkarlanıb.