XƏBƏRLƏR / Münaqişə

5 Qərb ölkəsinin İsrail-Fələstin münaqişəsinə dair bəyanatı

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya İsrailin yanında olduqalrını bəyan etdilər

5 Qərb ölkəsinin İsrail-Fələstin münaqişəsinə dair bəyanatı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya İsrail-Fələstin münaqişəsi ilə bağlı birgə bəyanat yayıb.

    “Biz İsrail Respublikasına güclü və vahid dəstəyimizi bildiririk, həmçinin HƏMAS-ı və onun dəhşətli terror aktlarını birmənalı olaraq pisləyirik.

    Biz açıq şəkildə bildiririk ki, HƏMAS-ın hərəkətlərinin heç bir əsası, legitimliyi yoxdur və hamı tərəfindən pislənilməlidir.

    Son günlər Həmas terrorçuları evlərində ailələri, eləcə də musiqi festivalına qatılan 200-dən çox gənci qətlə yetirib, qoca qadınları, uşaqları və bütün ailələri qaçırıblar, indi bütün dünyanın seyr etdiyi kimi dəhşət içində əsir saxlanılır.

    Ölkələrimiz İsrailin ölkəni və xalqı bu vəhşiliklərdən qorumaq səylərini dəstəkləyir.

    Biz hamımız Fələstin xalqının qanuni istəklərini tanıyırıq və israillilər və fələstinlilər üçün bərabər ədalət və azadlıq vasitələrini dəstəkləyirik. HƏMAS bu istəkləri təmsil etmir və Fələstin xalqına terror və qan tökülməsindən başqa bir şey təklif etmir.

    Yaxın günlərdə biz İsrailin özünü müdafiə edə bilməsini və dinc və inteqrasiya olunmuş Yaxın Şərq üçün şərait yarada bilməsini təmin etmək üçün İsrailin dostları və müttəfiqləri kimi vahid və koordinasiyalı qalacağıq”, - bəyanatda deyilir.