XƏBƏRLƏR / Münaqişə

ABŞ və İsrail İranda 2 mindən çox hədəfə zərbə endirib

Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb

ABŞ və İsrail İranda 2 mindən çox hədəfə zərbə endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ və İsrail tərəfindən İranda vurulan hədəflərin sayı 2 mini keçib.

    Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.

    Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı mindən çox hədəfin vurulduğunu bildirmişdi.

    Zərbələrə İranın komandanlıq və idarəetmə mərkəzləri, SEPAH-ın qərargahı, ballistik raket mərkəzləri və hərbi rabitə obyektləri daxil idi.