ABŞ-ın Dövlət katibi İsraildə səfərdədir
Bu barədə İsrail KİV-ləri məlumat yayıb
ABŞ-ın Dövlət katibi Antoni Blinken İsraildə səfərdədir.
Bu barədə İsrail KİV-ləri məlumat yayıb.
O, İsrail və Fələstin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə bölgədəki vəziyyət əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bundan sonra İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Bu günədək HƏMAS-ın hücumu nəticəsində 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb.