Ukrayna sülh planı bəndlərinin çoxu artıq razılaşdırıb
Bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib
Ağ Evin mətbuat katibi Kerolin Levitt "Fox News"a bildirib ki, Ukrayna sülh planındakı bəndlərin əksəriyyəti artıq razılaşdırılıb, komandalar hələ də üzərində işlədikləri bir neçə fikir ayrılığı qalıb.
Prezident razılığa gəlməyə ümid edir.
Levitt həm də əlavə edib ki, Tramp Ukraynadakı münaqişə üçün birbaşa maliyyələşdirməni dayandırıb. Lakin Vaşinqton NATO-ya külli miqdarda silah satmağa davam edir.
"Biz bunu əbədi olaraq edə bilmərik. Prezident bu müharibənin bitməsini istəyir", - deyə Ağ Evin mətbuat katibi bildirib.
1 dəqiqədən az