Yaxın Şərqdəki münaqişədə 22 jurnalist həlak olub
Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb
Fələstin-İsrail münaqişəsi şiddətlənəndən 20-dən çox jurnalist ölüb.
Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, - hesabatda deyilir.
Komitə öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu qeyd edir. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbsdədir.