XƏBƏRLƏR / Münaqişə

HƏMAS-ın öldürdükləri arasında azərbaycanlılar da var

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib

HƏMAS-ın öldürdükləri arasında azərbaycanlılar da var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • HƏMAS silahlıları tərəfindən öldürülənlər arasında azərbaycanlılar da var - İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib

    “Bu müharibə təkcə İsrailə qarşı deyil, beynəlxalq ictimaiyyətə qarşı müharibədir. Sizə deyə bilərəm ki, HƏMAS yaraqlıları tərəfindən öldürülən və ya qaçırılanlar arasında 41-dən çox ölkənin vətəndaşları var.

    Məndə vətəndaşları öldürülən və ya qaçırılan ölkələrin siyahısı var. Onların adlarını görə bilərsiniz. Mən sizə göstərəcəyəm ki, onların arasında azərbaycanlılar da var. Üç azərbaycanlı HƏMAS silahlıları tərəfindən öldürülüb, bir azərbaycanlı itkin düşüb və böyük ehtimalla Qəzzada qaçırılıb. Deməli, bu təkcə İsrail müharibəsi deyil”, - deyə Corc Dik bildirib.