Təkcə ABŞ dövlət katibi kimi yox, həm də yəhudi kimi gəldim
Bunu Antoni Blinken Baş nazir Netanyahu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib
Antoni Blinken İsrailə təkcə ABŞ Dövlət katibi kimi deyil, həm də etnik yəhudi kimi gəldiyini bildirib (Eyni sözləri 50 il əvvəl, 1973-cü ildə "Yom Kipur müharibəsi" vaxtı İsrailə gələn ABŞ-ın o vaxtkı dövlət katibi Henri Kissencer baş nazir Qolda Meyerə demişdi).
Blinken mətbuat konfransında ABŞ-ın hər zaman İsrailin tərəfində olacağını da vurğulayıb.
O, həmçinin bildirib ki, islamçı yaraqlıların İsrailin cənubuna hücumu nəticəsində azı 25 Amerika vətəndaşı həlak olub.