HƏMAS müttəfiqlərinin adını çəkdi
Müttəfiqləri onlara silah və pulla dəstək verirlər
HƏMAS-ın Xarici Əlaqələr Komitəsinin rəhbəri Əli Barakə müsahibəsində HƏMAS-ın çox sayda müttəfiqləri olduğunu etiraf edib.
O bildirib ki, müttəfiqlər içərisində İran və Rusiya da var.
Əli Barakə etiraf edib ki, müttəfiqləri onlara silah və pulla dəstək verirlər.
O, İsrail-Fələstin müharibəsinə ABŞ-ın müdaxiləsinin Rusiya üçün sevindirici hal olduğunu qeyd edib.
Çünki mövcud durum Ukraynada ruslara qarşı təzyiqi azaldır.