XƏBƏRLƏR / Münaqişə

İran İsrailə raket hücumuna başlayıb

Bu barədə İRNA xəbər verir

İran İsrailə raket hücumuna başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran İsrail ərazisinə ikinci raket dalğasını başladıb.

    İranın IRNA agentliyi raketlərin İsrailə doğru hərəkət etdiyini yazıb.

    İsrail ordusu da İrandan yeni raket dalğasının yaxınlaşdığı ilə bağlı məlumat yayıb.

    Qeyd olunur ki, İran İsrailə qarşı əməliyyatın adını “Həqiqi vəd-3” qoyub.

    ***

    22:32

    Tel-Əvivdə partlayışlar baş verib.

    Yerli mətbuat İran raketlərinin şəhərin bəzi bölgələrinə düşdüyü və partlayışların baş verdiyi haqda məlumat yayıb.

    İsrail mediası həmçinin hədəflərdən birinin İsrailin Müdafiə Nazirliyi olduğunu bildirib.

    Məlumata görə, İran tərəfindən atılan ballistik raketlərinin düşməsindən sonra İsrailin Müdafiə Nazirliyinin qərargahının yaxınlığında yanğın baş verib.

    "İran ordusu İran ərazisinə zərbələrə cavab olaraq İsrailə qarşı əməliyyat keçirməyə başladı", - deyə İran televiziyası bildirib.

    ***

    22:12

    İran İsrailə raket hücumuna başlayıb.

    Bu barədə yerli media məlumat yayıb.

    Qeyd edilib ki, İran İsrailə cavab zərbəsi endirir.

    İrandan İsrailə doğru 100-dən çox ballistik raket atılıb. Raketlərin artıq paytaxt Tel-Əvivə çatdığı bildirilir.