Rusiya sülhməramlılarının avtomobil karvanı Laçına keçdi
Maşınlar aksiya ərazisindən sərbəst keçib
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus avtomobil karvanı azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib. Xankəndidən gələn sülhməramlıların doqquz yük avtomobili bu dəqiqələrdə Laçın istiqamətində hərəkət edir.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək 11 avtomobil aksiya ərazisindən maneəsiz keçib.