XƏBƏRLƏR / Münaqişə

Laricani: ABŞ ilə heç bir danışıqlar aparmaq niyyəti yoxdur

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehranın Vaşinqtonla danışıqlar təklif etməsi barədə xəbərlərini təkzib etdi

Laricani: ABŞ ilə heç bir danışıqlar aparmaq niyyəti yoxdur
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:10

    İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X sosial şəbəkəsindəki hesabında ABŞ prezidenti Donald Trampın bəyanatını (aşağıda bax) təkzib edib:

    ▪️İranın ABŞ ilə heç bir danışıqlar aparmaq niyyəti yoxdur. Bununla da o, Qərb mediasının Tehranın Vaşinqtonla danışıqlar təklif etməsi barədə xəbərlərini təkzib etdi.

    ▪️Trampın arzuolunan düşüncəsi bütün regionu lazımsız müharibəyə sürükləyib və indi o, haqlı olaraq Amerikanın daha çox itkisindən qorxur. Netanyahunun qanunsuz ekspansionist ambisiyalarını irəli aparmaq üçün Amerika resurslarını və canlarını qurban verməsi həqiqətən faciəlidir.

    ▪️Tramp "Amerika Birinci" prinsipinə xəyanət edərək onu "İsrail Birinci" ilə əvəz edib.

    ***

    10:15

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a nüvə proqramı ilə bağlı danışıqların bərpasını təklif edib.

    Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

    Nəşrin məlumatına görə, təklif Oman vasitəsilə Vaşinqtona çatdırılıb.

    ***

    2026-03-01 21:24

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Amerika qüvvələrinin zərbələrindən sonra danışıqları bərpa etməyi təklif edib və o, bu təklifi qəbul edib.

    Ağ Ev rəhbəri bu barədə "The Atlantic" nəşrinə açıqlamasında danışıb.

    Trampın sözlərinə görə, Tehran daha əvvəl kompromisə getməli idi, lakin qərar verməkdə gecikib.

    “Onlar danışmaq istəyirlər və mən də razılaşdım. Ona görə də onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər. Çox uzun müddət gözlədilər”, – deyə ABŞ prezidenti bildirib.

    “Heç kim bizim uğurlarımıza inana bilmir, bir anda 48 lider öldürüldü. Hər şey sürətlə irəliləyir”, - deyə Donald Tramp bildirib.

    ABŞ Prezidenti İrandakı əməliyyatın planlaşdırılan qrafiki qabaqladığını söyləyib.