İsrail ordusu qəzzalıları Misirə qaçmağa çağırıb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS və İslami Cihad hədəflərini "şumlamaq"da davam edir
“Rəfah keçid məntəqəsi hələ də açıqdır. Mən çölə çıxa bilən hər kəsə getməyi məsləhət görərdim”, - polkovnik-leytenant Riçard Hecht jurnalistlərə bildirib.
Bundan əvvəl Misir hakimiyyəti Qəzza zolağından olan qaçqınları qəbul etmək istəmədiklərini açıqlamışdı.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS və İslami Cihad hədəflərinə gecə ərzində 200-dən çox zərbə endirib.
Qeyd edək ki, Qəzza zolağında 2 milyondan çox əhali yaşayır.
Qəzzada evlərini tərk edən köçkünlərin sayı 187 min nəfərə çatıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) “Al Arabiya” telekanalına bildirilib. Qəzza zolağındakı sığınacaqlar doludur.