Rusiya-Belarus sərhədinə dron hücumu edilib
Krasnıy Kamen sərhəd keçid məntəqəsi fəaliyyətini dayandırıb
Rusiya-Belarus sərhədindəki Krasnıy Kamen sərhəd keçid məntəqəsinə dron hücumu edilib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki Rusiya-Belarus sərhədindəki beynəlxalq keçid məntəqəsi gecə dron hücumundan sonra bağlanıb. Nəqliyyat vasitələrinin artıq Krasnıy Kamen keçid məntəqəsindən keçməsinə icazə verilmir.
Qeyd olunub ki, keçid məntəqəsinə hücumlar 26 sentyabrda intensivləşib. Dronlar Bryansk vilayəti tərəfində iki Belarus yük maşınını yandırıb. Sərhəd məntəqəsindən keçid tamamilə dayandırılıb və hava xəbərdarlığı elan edilib. Nəqliyyat vasitələrinin hərəkətinin Smolensk vilayətindən keçidi təmin olunub.
Rusiya KİV-ləri Ukraynanı günahlandırsa da, hücuma görə hələ heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.
1 dəqiqədən az