XƏBƏRLƏR / Münaqişə

İsrail ordusu HƏMAS-ın 1707 hədəfini məhv edib

Bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb

İsrail ordusu HƏMAS-ın 1707 hədəfini məhv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarının olduğu 1707 hədəfi məhv edib.

    İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.

    Hərbi hədəflər və tunellər hava və dənizdən endirilən zərbələrlə məhv edilib.

    Qeyd edək ki, oktyabrın 7-də HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində 900-dən çox insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.