XƏBƏRLƏR / Münaqişə

Bəşər Əsəd tərəfdarlarının Dəməşqdə hücumu dəf edilib

Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb

Bəşər Əsəd tərəfdarlarının Dəməşqdə hücumu dəf edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri paytaxtın Məzzə rayonunda ölkənin sabiq prezidenti Bəşər Əsəd tərəfdarlarının nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf ediblər.

    Əl-Cəzirə telekanalı bu barədə Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik xidmətindəki mənbəyinə istinadla məlumat yayıb.

    Martın 6-da Lazkiyə, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə sabiq prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq - ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

    Son məlumatlara görə, vəziyyət gərginləşəndən bəri Suriyanın qərbində 250 üsyançı öldürülüb, təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib.