XƏBƏRLƏR / Münaqişə

Qazaxıstan hava məkanına nəzarəti gücləndirir

Aksai şəhəri yaxınlığında Ukraynaya aid pilotsuz təyyarənin qalıqları tapılıb

Qazaxıstan hava məkanına nəzarəti gücləndirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan "mənşəyi naməlum" pilotsuz təyyarənin ölkənin qərbində, Rusiya sərhədi yaxınlığında partlamasından sonra hava məkanına nəzarəti gücləndirir, "Reuters" xəbər verir.

    Qeyd edək ki, Qazaxıstanda Ukraynaya aid pilotsuz təyyarənin qalıqları tapılıb.

    Təyyarə Aksai şəhəri yaxınlığında qəzaya uğrayıb.

    Müdafiə Nazirliyinin məlumatına görə, insident Orenburqdan 180 kilometr qərbdə baş verib, burada Ukrayna pilotsuz təyyarələri daha əvvəl qaz emalı zavoduna hücum ediblər.

    Hərbi idarə pilotsuz uçan aparatın mənşəyini dəqiqləşdirməyib və qeyd edib ki, o, “bu cihaz haqqında məlumatı olan xarici tərəfdaşlarla məsləhətləşir”.