Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb YENİLƏNİB
Moskva üzərində hava məkanı açılıb

13:28
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
Bu barədə AZAL məlumat verib.
***
11:17
AZAL: Bakı-Moskva marşrutu üzrə həyata keçirilən reyslər gecikir
Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb, üçü uşaq olmaqla 18 nəfər yaralanıb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda xəstəxanalarda biri uşaq olmaqla 6 nəfər var, zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağırdır.
Qeyd edək ki, ötən gecə Ukrayna Rusiya ərazisinə 337 PUA ilə hücum edib. PUA-lardan 91-i Moskva regionu ərazisində vurulub.