XƏBƏRLƏR / Münaqişə

"Heyət Təhrir əş-Şam" Suriya ordusunu qaçmağa məcbur edib

Qarşıdurma zamanı rus əsgərləri də məhv edilib və əsir götürülüb FOTO

"Heyət Təhrir əş-Şam" Suriya ordusunu qaçmağa məcbur edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyanın şimalındakı İdlib əyalətində "Heyət Təhrir əş-Şam" qruplarının Suriya ordusunun mövqelərinə qarşı birgə hücumu başlayıb.

    Yaraqlılar əhəmiyyətli irəliləyiş əldə ediblər və hazırda Hələbdən təxminən 10 km, Nubl və Əl-Zəhra şəhərlərindən isə bir neçə kilometr aralıdadırlar.

    Yaraqlılar irəli mövqelərdən qaçan suriyalı əsgərlərin görüntülərini, habelə hücum başlamazdan əvvəl onların kolonlarının irəliləyişini əks etdirən videoları, eləcə də Suriya ordusunun texnikası və hərbi bazalarını artıq ələ keçirdiklərini əks etdirən təsvirlər dərc ediblər.

    Qarşıdurma zamanı rus əsgərləri də məhv edilib və əsir götürülüb.