Çin Hormuz boğazının açılması haqda İranla danışıqlar aparır
SEPAH boğazın açıq olduğunu bəyan edir
Reuters agentliyinin məlumatına görə, Çin neft və Qətərin mayeləşdirilmiş təbii qazını daşıyan tankerlərin Hörmüz boğazından keçməsinə icazə vermək üçün İranla danışıqlar aparır.
Vortexa və gəmi trekeri Kpler-in məlumatına görə, Fars körfəzində təxminən 300 neft tankeri var və onlar Hörmüz boğazından Hind okeanına keçməlidilər. Ümumilikdə, boğazın yaxınlığında təxminən 1000 kommersiya gəmisi cəmləşib ki, bunların təxminən yarısı neft və mayeləşdirilmiş təbii qaz daşımaq üçün nəzərdə tutulub.
***
2026-03-05 11:46
CNN-in məlumatına görə, SEPAH Hörmüz boğazını bağladığından bəri bu boğazdan yalnız iki tanker keçib.

Hesabatda deyilir: "İrandakı müharibə həyati əhəmiyyətli Hörmüz boğazından dəniz nəqliyyatını faktiki olaraq iflic edib. Bazar ertəsi günü su yolundan yalnız iki neft və kimyəvi maddələr daşıyan tanker keçib".
Qeyd olunur ki, sabit şəraitdə boğazdan gündə təxminən 60 tanker keçir.
Qeyd edək ki, Homuz boğazının bağlı olması Dünya birjalarında neftin və qazın qiymətinin kəskin artmasına gətirib çıxarıb.
***
"Hörmüz boğazı açıqdır."
Bunu İranın Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının müavini briqada generalı Kioumərs Heydəri İran dövlət televiziyasına müsahibəsində bildirib.
“Hörmüz boğazı açıq qalır və buradan keçən gəmilər beynəlxalq protokollara uyğun şəkildə idarə olunur”, - o bildirib.
SEPAH-ın bu gün yaydığı məlumatda isə deyilir ki, daha əvvəl də bəyan etdikləri kimi, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq və hamı buna tabe olmalıdır.
2 dəqiqə