Xankəndi yolundakı aksiyanın 15-ci günü
Qeyd edək ki, dinc aksiya dekabrın 12-dən keçirilir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar, QHT təmsilçiləri və könüllülər Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Gecə boyu aksiyaya fasilə verməyən etirazçılar havanın şaxtalı olmasına baxmayaraq, yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndiriblər.
Hazırda aksiya davam edir.