XƏBƏRLƏR / Münaqişə

BAEA İranı kəskin tənqid edən qətnamə qəbul edib

İran hakimiyyəti bu qərara cavab olaraq uranın zənginləşdirilməsi üçün yeni sentrifuqlar istimara verəcək

BAEA İranı kəskin tənqid edən qətnamə qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə heyəti İranı bu təşkilatla qeyri-kafi əməkdaşlığa görə tənqid edən qətnamə qəbul edib.

    Sənədə əsasən, BAEA 2025-ci ilin yazına qədər İranın nüvə proqramı ilə bağlı ətraflı hesabat hazırlamalıdır.

    Qətnamənin lehinə 19 səs verilib, 3 ölkə əleyhinə, 12 ölkə isə bitərəf qalıb.

    İran hakimiyyəti BNEA-nın qərarına cavab olaraq uranın zənginləşdirilməsi üçün əhəmiyyətli sayda yeni sentrifuqları istismara vermək niyyətini açıqlayıb.

    "İran artıq nüvə proqramı ilə bağlı özünün tətbiq etdiyi məhdudiyyətlərə hörmət etməyəcək və BAEA İdarə heyyətinin qəbul etdiyi anti-İran qətnaməsinə cavab olaraq uranın istənilən səviyyəyə qədər zənginləşdirilməsi prosesini sürətləndirəcək," - bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Məhəmməd Rza Möhseni Sani deyib.