XƏBƏRLƏR / Münaqişə

Bu gün Qəzza zolağına dair atəşkəs sazişi imzalana bilər

Qəzza zolağında atəşkəs razılaşmasının bütün bəndləri üzrə irəliləyiş əldə olunub YENİLƏNİB

Bu gün Qəzza zolağına dair atəşkəs sazişi imzalana bilər
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:40

    HƏMAS Qəzza zolağı ilə bağlı danışıqların son mərhələyə daxil olduğunu təsdiqləyib.

    “Hərəkat rəhbərliyi atəşkəs və əsirlərin mübadiləsi üzrə son mərhələyə çatmış və hərtərəfli və aydın razılaşmanın imzalanması ilə yekunlaşacaq danışıqların davam etdirilməsini zəruri hesab edir”, - deyə təşkilatın bəyanatında bildirilir. 

    Qətərin xarici işlər naziri həmçinin bildirib ki, İsrail və HƏMAS arasında dolayı danışıqlar son mərhələdədir. O qeyd edib ki, tərəflər “barışa gedən yolda əsas maneələri dəf ediblər”.

    ***

    İsrail Ordusu Radiosu Qəzza zolağında qarşıdan gələn atəşkəs razılaşmasının təfərrüatlarını paylaşıb.

    Qəzza zolağında atəşkəs razılaşmasının bütün bəndləri üzrə irəliləyiş əldə olunub.

    Bu barədə İsrail radiosu diplomatik mənbələrə istinadən xəbər verir.

     Son məlumata görə, sövdələşməyə aşağıdakı şərtlər daxildir:

    - Birinci mərhələ əsasən “humanitar” olacaq. Onun çərçivəsində 33 girov azad ediləcək: qadınlar (mülki və hərbçilər), uşaqlar, 50 yaşdan yuxarı böyüklər, yaralılar və xəstələr;

    - Birinci mərhələnin 16-cı günündə İsrailin bütün girovların azad edilməsində israrlı olacağı ikinci mərhələ üzrə danışıqlar başlayacaq;

    - Razılaşmanın bütün müddəti ərzində İsrail ordusu İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonada qalacaq və qüvvələrin anklav ərazilərdən geri çəkilməsi mərhələli şəkildə baş verəcək. Eyni zamanda, İsrail qoşunları Filadelfiya oxunda qalacaq və onun bəzi hissələrindən geri çəkilmə mərhələli olacaq;

    - İsrail ordusu sektorun şimalını tərk edərək, ora sakinlərin geri qayıtmasına şərait yaradacaq, lakin eyni zamanda silahlıların hərəkətinin və silahların ötürülməsinin qarşısını alan mexanizm yaradılacaq;

    Fələstinli məhbusların azad edilməsi canlı girovların sayından asılı olacaq. AFP agentliyinin mənbələrinə görə, İsrail Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində 33 girov müqabilində təxminən 1000 fələstinli məhbusu azad edəcək.

    İsrail hökumətinin rəsmisi isə bildirib ki, razılaşmanın birinci mərhələsi çərçivəsində “bir neçə yüz terrorçu azad ediləcək”.

    2023-cü ilin oktyabrında İsrailin işğalında iştirak edən silahlılar azad edilməyəcək.