ABŞ müdafiə naziri rusiyalı həmkarına zəng vurub
Lloyd Ostin və Andrey Belousov Ukrayna məsələsini müzakirə ediblər

ABŞ və Rusiyanın müdafiə nazirləri Lloyd Ostin və Andrey Belousov arasında telefon danışığı olub. Bu barədə Pentaqon məlumat yayıb. Ostin ABŞ və Rusiya hərbçiləri arasında əlaqə saxlamağın vacibliyini vurğulamaqla Ukrayna məsələsi müzakirə edilib.
Pentaqonun məlumatına görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
"Birləşmiş Ştatlar nə indi, nə də gələcəkdə Amerika qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil", - Pentaqon bildirib.