XƏBƏRLƏR / Münaqişə

Rusiya Kiyevdəki uşaq xəstəxanasına raket zərbəsi endirib

FOTOREPORTAJ/VIDEO

Rusiya Kiyevdəki uşaq xəstəxanasına raket zərbəsi endirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Rusiya ordusunun buraxtığı X-101 raketi Kiyevdəki Oxmatdet uşaq xəstəxanasını dağıdıb.

    Rusiya hərbçilərinin Kiyevdəki uşaq xəstəxanasına endirdiyi zərbənin nəticələrini əks etdirən dəhşətli foto və videolar.

    Səhər raket hücumunun indiyə kimi olan nəticələri:

    - Kiyev: 15 ölü və 38 yaralı.
    - Krivoy Roq: 10 ölü və 47 yaralı, 9-un vəziyyəti ağırdır.
    - Dnepr: 1 ölü və 12 yaralı.
    - Pokrovsk: 3 ölü.

    Təbii ki, Rusiya Müdafiə Nazirliyi artıq bəyan edib ki, Ukraynanın hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində Kiyevdəki xəstəxana və digər mülki obyektlərə ziyan dəyib. VIDEO

    Lakin sosial şəbəkələrdə yayılan təsfirlərdə Rusiyanın buraxdığı raket açıq aşkar görsənir. 

    Göründüyü kimi, raket hava hücumundan müdafiə sistemləri tərəfindən zədələnməyib. Zərbə məqsədyönlü olub.

    Bu xəstəxanaya baş çəkən jurnalist Katerina Qordeyeva yazır: “Həkimlər bu gün əməliyyat əvəzinə öz əlləri ilə dağıntıları təmizləyirlər. VİDEO

    Maskalı keçəl uşaqlar isə küçədə tozlu buludun içində oturmuşdular. Bu, onların həkimlərinin və valideynlərinin xəstəliklə mübarizə üçün bütün səylərini puça çıxarır”.