Qeyri-qanuni silahlı birləşmələr Azərrbaycanı tərk etməlidir
Bunu Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib
Ermənistanın qeyri-qanuni silahlı birləşmələri Azərbaycanın suveren ərazisini nə qədər tez tərk edərsə, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların tezliklə başa çatma şansı bir o qədər çox olar, - Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Çinə səfəri zamanı "Phoenix TV"-yə müsahibəsində deyib.