ABŞ vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə çağırı
ABŞ vətəndaşları orduya səfərbər olmaq riski ilə üzləşə bilər
ABŞ-ın Rusiyadakı səfirliyinin saytında bildirilir ki, Rusiyadakı ABŞ vətəndaşları səfərbər olmaq riski səbəbindən təcili olaraq ölkəni tərk etməlidirlər.
Diplomatik nümayəndəlik vurğulayıb ki, Rusiya hakimiyyəti ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, Amerika vətəndaşlarını konsulluq yardımından məhrum edə, “onları səfərbərliyə məruz qoya” və Rusiyanı tərk etmələrinə mane ola bilər.
“Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez təkbaşına hərəkətə keçməlisiniz. ABŞ səfirliyinin ABŞ vətəndaşlarına ölkəni tərk etməsinə kömək etmək imkanlarında ciddi məhdudiyyətlər var və nəqliyyat imkanları qəfildən daha da məhdudlaşa bilər”, - səfirlik xəbərdarlıq edir.
Səfirlik həmçinin ABŞ vətəndaşlarına "hər hansı siyasi və ya sosial etirazlardan çəkinməyi və bu tədbirlərdə təhlükəsizlik işçilərinin şəklini çəkməməyi" tövsiyə edir. Diplomatik nümayəndəlikdən xatırladıldığı kimi, Rusiya hakimiyyəti daha əvvəl nümayişlərdə iştirak etdiklərinə görə ABŞ vətəndaşlarını həbs etmişdi.
ABŞ səfirliyi sonuncu dəfə sentyabrın 21-də elan edilən səfərbərlikdən sonra Amerika vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. O zaman diplomatik nümayəndəlik bunun “mümkün qədər tez” həyata keçirilməsini tövsiyə etmiş və Rusiyadan kommersiya uçuşlarının sayının “son dərəcə məhdud” olduğu barədə xəbərdarlıq etmişdi.