XƏBƏRLƏR / Münaqişə

Hakerlər NATO saytlarına hücum ediblər YENİLƏNİB

Qərb mətbuatı hücumların Rusiya tərəfindən təşkil olmasına eyham vururlar

Hakerlər NATO saytlarına hücum ediblər YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Britaniyanın mühafizəkar “The Daily Telegraph” qəzeti iddia edir ki, rus hakerlər NATO ilə Türkiyə-Suriya zəlzələsindən zərərçəkənlərə yardım edən döyüş təyyarələri arasında əlaqəni kəsiblər. Nəşr qeyd edir ki, NATO rəsmisi kiberhücum faktını təsdiqləyib və Killnet haker qrupu məsuliyyəti öz üzərinə götürüb.

    Qərb kəşfiyyat agentlikləri Killnet-i Ukraynanı dəstəkləyən ölkələrin hərbi və hökumət saytlarını dağıdan Kremlpərəst hakerlərdən ibarət müstəqil qrup kimi təsvir edirlər.

    ***

    Bazar günü NATO-nun internet saytları, o cümlədən Alyansın Xüsusi Əməliyyat Qüvvələrinin Baş Qərargahı haker hücumuna məruz qalıb.

    Bu barədə DPA agentliyi təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.

    Mənbə bildirib ki, kibertəhlükəsizlik üzrə ekspertlər NATO-nun “bir neçə internet saytını” təsir edən insidenti fəal şəkildə araşdırırlar.

    Alyans başqa heç bir təfərrüat verməyib, yalnız qeyd edib ki, daim haker təhdidləri ilə üzləşir və kiberməkanda təhlükəsizliyin təmin edilməsi məsələsinə “çox ciddi” yanaşır.

    Qərb mətbuatı hücumların Rusiya tərəfindən təşkil olmasına eyham vururlar.