ABŞ: Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə bilməyəcək
Bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib

ABŞ Ukraynanın 2014-cü il sərhədlərini bərpa etməsini qeyri-real hesab edir.
Bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.
“Biz suveren və firavan Ukrayna istəyirik. Lakin Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməyə başlamalıyıq. Bu illüziyalı məqsədin arxasınca getmək yalnız müharibəni uzadacaq”, - o vurğulayıb.
Pentaqon rəhbəri qeyd edib ki, Donald Tramp administrasiyası ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək: “Hər hansı bir təhlükəsizlik zəmanətinin bir hissəsi olaraq, Ukraynaya ABŞ qoşunları yerləşdirilməyəcək”.
Onun sözlərinə görə, ABŞ həmçinin Ukraynanın NATO-ya daxil olmasını real nəticə hesab etmir: “ABŞ Ukraynanın NATO-ya üzv olmasını Rusiya ilə münaqişənin diplomatik yolla həllinin real nəticəsi hesab etmir”.