XƏBƏRLƏR / Münaqişə

Ekvadorda 330-a yaxın dəstə üzvü saxlanılıb

5 nəfər öldürülüb

Ekvadorda 330-a yaxın dəstə üzvü saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ekvador hərbçiləri və polis əməkdaşları ölkədə silahlı iğtişaşların başlanmasından sonra cinayətkar dəstənin 329 üzvünü saxlayıb, daha 5 nəfəri öldürüblər.

    TASS xəbər verir ki, bunu çərşənbə günü respublika silahlı qüvvələrinin birləşmiş komandanlığının rəhbəri Xayme Vela Eraso bildirib.

    "61 müxtəlif çaplı silah, 418 patron, 24 partlayıcı qurğu ələ keçirdik, 329 cinayətkarı saxladıq. 41 nəfər əsirlikdən xilas edildi. 5 terrorçunu məhv etdik", - deyə o, "Ecuavisa" telekanalı tərəfindən yayımlanan konfransda bildirib.

    Qeyd edilib ki, üç silahlı cinayətkar qrupla toqquşmadan sonra təhlükəsizlik qüvvələri qaçan 28 məhbusu həbsxanaya qaytarıb.

    Vela Eraso əlavə edib ki, iğtişaşların baş verdiyi həbsxanalarda ölən girovlar olmayıb.