Türkiyə ordusu İraqın şimalında PKK yuvasının məhvni bitirib
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər elan edib VİDEO
İraqın şimalındakı Zap bölgəsində kürd hərbi-siyasi təşkilatı PKK-nın obyektlərinin məhv edilməsi istiqamətində 3 ildir davam edən əməliyyat başa çatıb.
VİDEO
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Gülər məlumat verib. Onun sözlərinə görə, Ankara ölkənin şimalında sabitliyin təşviqi üçün İraqla fəal əməkdaşlıq edir, o cümlədən hərbi əməkdaşlıq haqqında bu yaxınlarda bağlanmış saziş çərçivəsində.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən 2022-ci ilin aprel ayında Şimali İraqda həyata keçirilən “Pəncə-Qala” sərhədlərarası əməliyyatı başlayıb. Məqsəd bölgəni orada yerləşən PKK tərəfdarlarından təmizləməkdir. Ankara bu təşkilatı milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. Münaqişə 1984-cü ildən davam edir.