XƏBƏRLƏR / Münaqişə

"Sakinlərinizi öldürməyə davam etsəniz,Tramp sizi öldürəcək"

Bunu İran mollalarına müraciətində ABŞ senatoru Lindsi Qrehem bəyan edib

"Sakinlərinizi öldürməyə davam etsəniz,Tramp sizi öldürəcək"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ senatoru Lindsi Qrehem Fox News televiziyasına müsahibəsində İran ayatollalarını sərt şəkildə hədələyib.

    O, deyib: "Ayətullahlar başa düşməlidirlər: daha yaxşı həyat tələb edən vətəndaşlarınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək.

    İrana dəyişiklik gəlir. Bu, Yaxın Şərq tarixində ən əhəmiyyətli dəyişiklik olacaq - bu nasist rejimindən qurtuluş. İran xalqı üçün kömək yoldadır".