Suriyada Hələb Beynəlxalq Hava Limanı işini dayandırıb
Suriyada vəziyyət gərginləşir. Əş-Şaraa prezident sarayında keçirilən adi görüş zamanı hücuma məruz qalıb FOTO
Suriya hakimiyyəti Hələb Beynəlxalq Hava Limanında əməliyyatların müvəqqəti olaraq dayandırıldığını və təhsil və dövlət müəssisələrinin bağlandığını elan etdi.
Qərar Suriya Demokratik Qüvvələri (SDQ) ilə toqquşmalardan sonra verilib. Suriya Mülki Aviasiya Baş İdarəsi Hələb Hava Limanına və Hava Limanından bütün uçuşların 24 saat müddətinə dayandırıldığını və tədbirin profilaktik və müvəqqəti olduğunu açıqladı.
Bu müddət üçün planlaşdırılan bütün uçuşlar Dəməşq Beynəlxalq Hava Limanına yönləndiriləcək.

Bu arada, Suriya lideri Şaraa altı gündür ictimaiyyət qarşısına çıxmır və bu, sui-qəsd cəhdi ilə bağlı şayiələrə səbəb olur. Şaraanın keçmiş ən yaxın silahdaşlarından biri, "Cəbhət ən-Nusra"nın qurucusu Salih Əl Həməvi bildirib ki, 30 dekabrda Şarah\a prezident sarayında keçirilən adi görüş zamanı hücuma məruz qalıb. 12 dəqiqəlik toqquşma zamanı Şaraa sinəsindən qəlpə zərbəsi alıb və üzündə qançırlar yaranıb. Şaraaın müşaviri Əbdürrəhim Əttun da ağır yaralanıb.
1 dəqiqə