Kiyev Başqırdıstan və Yaroslavldakı neft emal zavodunu vurub
Bu barədə Ukrayna Prezidenti Zelenski özünün "Telegram" kanalında bildirib FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski Başqırdıstan və Yaroslavldakı Başqırdıstan və Yaroslavldakı neft emalı zavodlarına zərbələr endirildiyini təsdiqləyib.
Zelenski özünün "Telegram" kanalında bildirib ki, Ukrayna cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşən Rusiya hədəflərinə zərbələr endirib.

O bildirib ki, Başqırdıstanda "Başneft-Novoil" neft emalı zavoduna, Yaroslavl vilayətindəki "Slavneft-YANOS" neft emalı zavoduna isə sərhəddən təxminən 700 kilometr məsafədə zərbə endirilib. Dövlət başçısı həmçinin Rusiyanın "kölgə donanmasına" məxsus bir gəminin və iki hərbi patrul qayığının məhv edildiyini bildirib.
1 dəqiqədən az