XƏBƏRLƏR / Münaqişə

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Müdafiə Nazirliyi xəbər verir

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.