Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatıb
Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb

Fələstin-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında azı 61 jurnalist həlak olub.
Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Dekabrın 1-nə olan məlumata görə, komitənin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 16 mindən çox insan arasında ən azı 61 jurnalist və media işçisi var”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, jurnalistlər də işlərində təqib, həbs və digər maneələrlə üzləşirlər.
“İsrail qüvvələri xəbər agentliklərinə bildiriblər ki, onlar 7 günlük atəşkəsdən sonra hərbi əməliyyatların bərpa olunduğu Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə təminat verə bilməzlər”, - bəyanatda deyilir.