XƏBƏRLƏR / Münaqişə

Separatçılar Laçın istiqamətində səngər qazırlar

Müdafiə Nazirliyinin məlumatı

Separatçılar Laçın istiqamətində səngər qazırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

    Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.