XƏBƏRLƏR / Münaqişə

Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi

"Kiyev və Moskva müqavilə bağlamadığı üçün Rusiya BMT və Türkiyə ilə müqavilələrini ləğv edib, Ukrayna ilə yox"

Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi
V.Zelenski
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh edib.

    "Meduza" xəbər verir ki, bu barədə  Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

    Zelenski bildirib ki, Kiyev taxılın çatdırılması üçün Qara dəniz dəhlizindən istifadənin davam etdirilməsinin tərəfdarıdır.

    O qeyd edib ki, Kiyev və Moskva müqavilə bağlamadığı üçün Rusiya BMT və Türkiyə ilə müqavilələrini ləğv edib, Ukrayna ilə yox.

    “Rusiya Federasiyası olmadan belə, hər şey edilməlidir ki, biz bu Qara dəniz dəhlizindən istifadə edə bilək. Qorxmuruq. Bizə gəmilərin sahibi olan şirkətlər müraciət etdilər. Onlar hazır olduqlarını söylədilər. Əgər Ukrayna buraxsa, Türkiyə də onları buraxsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - deyə sözçü Zelenskidən sitat gətirib.