Rusiya Qara dənizdə gəmilərin təhlükəsizliyinə zamin durmur
Humanitar dəhlizin bağlanması taxıl sazişinə xitam verilməsi ilə əlaqədardır
Rusiya taxıl sazişinə xitam verilməsi ilə əlaqədar naviqasiya təhlükəsizliyinə verdiyi zəmanəti geri götürür və Qara dənizin şimal-qərbində dəniz humanitar dəhlizini bağlayır.
Rusiya Xarici İşlər Nazirliyi İstanbuldakı müştərək koordinasiya mərkəzinin ləğv ediləcəyini bildirib.