XƏBƏRLƏR / Münaqişə

Prezident Zelenski ABŞ-ın vitse-prezidenti ilə görüşüb

Ukrayna Prezidenti Venslə Rusiya ilə müharibəni müzakirə ediblər YENILƏNIB

Prezident Zelenski ABŞ-ın vitse-prezidenti ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:50

    Biz müharibənin bitməsini istəyirik, lakin biz bir neçə ildən sonra Avropada qarşıdurma deyil, davamlı sülh istəyirik, deyə ABŞ-ın vitse-prezidenti Ceyms D.Vens Vladimir Zelenski ilə görüşdən sonra bildirib.

    “Biz sülhə necə nail olmaq barədə konstruktiv müzakirələr aparmışıq və yaxın günlərdə, həftələrdə və aylarda belə görüşlər daha çox olacaq. Biz müharibənin bitməsini istəyirik”, - deyə o vurğulayıb.

    Zelenski öz növbəsində ABŞ-ın vitse-prezidentinin mövqeyini dəstəkləyərək qeyd edib ki, Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri ilə plan hazırlamaq üçün Donald Trampın komandası ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.

    ***

    Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Zelenski ilə ABŞ-ın vitse-prezidenti Vens arasında görüş olub.

    Sonuncu bildirib ki, ABŞ prezidenti Tramp Ukraynadakı müharibənin bir neçə ildən sonra yenidən alovlanmaması üçün uzunmüddətli nizamlanmasına nail olmağa çalışır. O, həmçinin münaqişənin həlli üçün danışıqlara ehtiyac olduğunu qeyd edib.

    “Komandalarımız sənəd üzərində işləməyə davam edəcək. Biz bir çox əsas məsələləri nəzərdən keçirdik və gələcək görüşlər və yerlərdə vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Ukraynada general Kelloqu səbirsizliklə gözləyirik”, - deyə Zelenski görüşün yekunları üzrə TG kanalında yazıb.