
Sudanın Əl-Faşir şəhərində məscidə pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbə nəticəsində ölənlərin sayı 78-ə çatıb.
BBC-nin verdiyi məlumata görə, hadisədə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri günahlandırılır, lakin qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Çevik Dəstək Qüvvələri və Sudan ordusu artıq iki ildən çoxdur vətəndaş müharibəsi aparır.
Mənbələr 78 nəfərin öldüyünü və təxminən 20 nəfərin yaralandığını bildirib. Qeyd edilib ki, dağıntılar altından meyitlərin çıxarılması prosesi davam edir.
***
Sudanın qərbində, Çevik Reaksiya Qüvvələri (ÇRQ) tərəfinin mühasirəsində olan Əl-Faşir şəhərində ÇRQ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində azı 43 mülki şəxs həlak olub.
Bu barədə Qərb mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbə sakinlər məscidə cümə namazına toplaşarkən düşüb.
Digər məlumatlara görə, zərbə zamanı 75-ə qədər adam həlak ola bilər, hücum zamanı Əl-Faşir yaxınlığındakı köçkünlər düşərgəsindəki məscid hədəf alınıb.
Əl-Faşir Şimali Darfur əyalətinin paytaxtı və Darfurdakı sonuncu böyük hərbi qaladır. Bir gün əvvəl "Washington Post" xəbər verib ki, şəhərin qərb və cənub məhəllələrində döyüşlər şiddətlənib.
Öz növbəsində "Sudan Tribune" xəbər verib ki, ÇRQ əvvəllər Afrika İttifaqı-BMT sülhməramlı missiyasının Darfurda (UNAMID) Əl-Faşrin şimal-qərbində istifadə etdiyi bazaya soxulmağa nail olub. Obyekt indi hərbçilərlə könüllülər tərəfindən istifadə olunur.