Qəzzadakı müharibəni dayandırmağın şərtləri
İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tamamilə aradan qaldırılmayanad'k rəsmi Tel-Əviv hərbi əməliyyatları dayandırmayacaq.
Netanyahu qısa televiziya mesajında onu da deyib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün İsrailin digər məqsədlərinə çatması da lazımdır.
“Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükəli olmaması üçün müharibəyə başlamağı əmr edib. Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”.