Türkiyəyə sığınan suriyalı qaçqınlar vətənlərinə qayıdır
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya hesab edir ki, Hələbə qayıtmaq hələ təhlükəsiz deyil
Türkiyədə yaşayan suriyalı qaçqınlar vətənlərinə qayıtmağa başlayıblar/
İslamçı qrupların Hələb və İdlibi nəzarətə götürməsindən sonra Türkiyənin Hatay vilayətində yaşayan suriyalı qaçqınlar vətənlərinə qayıtmağa başlayıblar. Qeyd olunur ki, hər gün 200 suriyalı Cilvegözü sərhəd-keçid məntəqəsini tərk edərək ölkələrinə qayıdır.
Eyni zamanda, dekabrın 4-də Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya qeyd edib ki, hazırda Hələbə qayıtmaq təhlükəsiz deyil, çünki hələ də "təmizlənməlidir".
Bununla belə, o, əmin olduğunu bildirib ki, vəziyyət əlverişli olarsa, Hələb sakinləri öz evlərinə qayıdacaq və Türkiyədəki miqrant problemi həll olunacaq.