İranda radiasiya sızmasının olmaması xəbərinə inanmaq olar
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin jurnalistlərə deyib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin hesab edir ki, İranda radiasiya sızmasının olmaması ilə bağlı məlumatlara etibar etmək olar.
"Mənin fikrimcə, bu məlumatı etibar etmək olar", - Narışkin TASS-a SVR-nin bu barədə məlumatı olub-olmaması sualına cavab verərkən deyib.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş Tehran cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişəyə onun gərginləşməsindən 9 gün sonra daxil olub: iyunun 22-nə keçən gecə Amerika silahlı qüvvələri İranda üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib.