XƏBƏRLƏR / Münaqişə

İran elə bilir ki, İsraillə müharibədə qələbə çalıb

Ali Milli Təhlükəsizlik Şurasının bəyanatını İran televiziyaları səsləndirən vaxt Tehranda iki partlayış səsi eşidilib

İran elə bilir ki, İsraillə müharibədə qələbə çalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran İsraillə müharibədə qələbə qazandığını elan edib.

    İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, Tehranın qələbəsi İsraili birtərəfli qaydada “təcavüzü dayandırmağa və məğlubiyyətini faktiki olaraq etiraf etməyə” məcbur edib.

    Eyni zamanda bəyanatda vurğulanıb: "İran Silahlı Qüvvələri düşmənlərinin sözlərinə inanmır və barmağını tətikdə saxlamaqda davam edir, istənilən yeni təcavüzə cavab verməyə hazırdır”.

    Bu arada Tehranda iki güclü partlayış səsi eşidilib. 

    Bundan əvvəl İsrail rəsmiləri ABŞ Prezidenti Trampın xəbərdarlığına baxmayaraq, İrana "simvolik" zərbə endirəcəklərini bildiriblər.

    Ərəb KİV-i xəbər verir ki, İsrail qırıcılarının ilk dalğası yaxın dəqiqələrdə İran hava məkanına daxil olublar.

    İsrail rəsmiləri Tehran yaxınlığındakı İranın radar obyektinə zərbələr endirdiklərini rəsmən təsdiqləyib. Bəyanatda deyilir ki, hücum lokallaşdırılmış və miqyası məhduddur. “Bununla İsrailin atəşkəs rejiminin pozulmasına cavabı yekunlaşır”, - bəyanatda deyilir.