Samvel Babayan Ağdam yolunun istifadəsini məqbul sayır
Xankəndidə "hakimiyyət" davası davam edir
Qarabağdakı oyuncaq rejimin silahlı birləşmələrinin keçmiş “komandiri” və “keçmiş təhlükəsizlik şurasının katibi” Samvel Babayan uzun fasilədən sonra görüşlərini bərpa edib. O, bir neçə ay əvvəl uğursuz mitinq cəhdindən sonra Xankəndidə “hakimiyyət”i ələ keçirmək ümidi ilə yeni səfərbərlik hazırlayır – Ermənistanın “Hraparak” nəşri yazır.
Nəşrin yazdığına görə, Babayan separatçılarla görüşlər keçirir, onların vasitəsilə Arayik Arutyunyana çatdırır ki, o, indiki vəziyyətdə “aclıqdan ölən” oyuncaq "qozministir" Qurgen Nersisyanın yerini tutmağa və insanları Azərbaycan məhsullarının Ağdam yolu ilə çatdırılması təklifini qəbul etməyin düzgünlüyünə inandırmağa hazırdır.